Album:
Mutter (2001)
Originaltext
Deutsch
Übersetzung
Aserbaidschanisch
Sonne (Extended Version)
Günəş
Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, bitdi
Hamı işığı gözləyir
Qorxmayın, qorxmayın
Günəş mənim gözlərimdən işıldayır
O, bu gecə batmayacaq
Və dünya 10-a qədər ucadan sayır
Bir, budur, günəş çıxır
İki, budur, günəş çıxır
Üç, o, ulduzların ən parlağıdır
Dörd, budur, günəş çıxır
Günəş mənim əllərimdən işıldayır
Yandıra bilər, sizi kor edə bilər
O, yumruqlardan qopanda
Qızmar şəkildə sifətə qonur
O, bu gecə batmayacaq
Və dünya 10-a qədər ucadan sayır
Bir, budur, günəş çıxır
İki, budur, günəş çıxır
Üç, o, ulduzların ən parlağıdır
Dörd, budur, günəş çıxır
Beş, budur, günəş çıxır
Altı, budur, günəş çıxır
Yeddi, o, ulduzların ən parlağıdır
Səkkiz, doqquz, budur, günəş çıxır
Günəş mənim əllərimdən işıldayır
Yandıra bilər, səni kor edə bilər
O, yumruqlardan qopanda
Qızmar şəkildə sənin sifətinə qonur
Ağrıdıcı şəkildə sinəyə qonur
Tarazlıq itirilir
Səni möhkəmcə yerə sərir
Və dünya 10-a qədər ucadan sayır
Bir, budur, günəş çıxır
İki, budur, günəş çıxır
Üç, o, ulduzların ən parlağıdır
Dörd, və heç zaman səmadan enməyəcək
Beş, budur, günəş çıxır
Altı, budur, günəş çıxır
Yeddi, o, ulduzların ən parlağıdır
Səkkiz, doqquz, budur, günəş çıxır
Nadir Ağa
submitted on 20 Jul 2023 - 19:48

Give a shoutout to Nadir Ağa
Kommentare des Autors:
Mahnı, ilk olaraq, Ukraynalı boksçu Vitali Kliçkonun arenaya giriş musiqisi kimi yazılıb. Hətta mahnının ilk adı da məhz “Klitschko” olub.
Mahnı sözlərinə bu perspektivdən baxdıqda bir çox şey daha aydın olur














Kommentare 2
The source lyrics have been updated. Please review your translation.
Translation has been reviewed and changes were made