Album:
LOVE YOURSELF 轉 'Tear'
Originaltext
Englisch, Koreanisch
Übersetzung
Aserbaidschanisch
낙원 (Paradise)
Cənnət
Marafon, marafon
Həyat uzundur, yavaşla
42.195
Sonu, xəyallarındakı cənnətlə doludur
Amma həqiqi dünya
Verilən sözlərdən fərqlidir
Qaçmalıyıq, başqalarının üstünə basmalıyıq
Siqnal veriləndə
Bir istiqamətin belə yoxdur
Mənzərə yoxdur
Nəfəsin tükənəndə
Məcbursan, məcbursan
Dayana bilərsən
Səbəbini bilmədən qaçmalı deyilsən
Xəyalların olmaya bilər
Xoşbəxtliyi hiss etdiyin anların varsa
Dayana bilərsən
Artıq haraya getdiyini bilmədən qaçma
Xəyalların olmaya bilər
Verdiyin bütün nəfəslər çoxdan cənnətdədir
Başqalarının xəyallarını alırıq (borc kimi)
Möhtəşəm olmalı olduğumuzu öyrənirik (işıq kimi)
Sənin xəyalın əslində yükdür
Xəyallar sadəcə gələcəkdirsə
Onda dünən yatağımda xəyalını qurduğum nə idi?
Xəyalların fərqli ola bilər
Gələn ay kompüter almaq
Ya da sadəcə yemək və yatmaq
Heç nə etməyərək çoxlu pula sahib olmaq
Xəyalları bu qədər gözəl edən nədir?
Sadəcə olmaq istədiyin insan ol
Həyata layiqik
Böyük ya da kiçik, sən sadəcə özün olursan
Amma həqiqi dünya
Verilən sözlərdən fərqlidir
Qaçmalıyıq, başqalarının üstünə basmalıyıq
Siqnal veriləndə
Bir istiqamətin belə yoxdur
Mənzərə yoxdur
Nəfəsin tükənəndə
Məcbursan, məcbursan
Dayana bilərsən
Səbəbini bilmədən qaçmalı deyilsən
Xəyalların olmaya bilər
Xoşbəxtliyi hiss etdiyin anların varsa
Dayana bilərsən
Artıq haraya getdiyini bilmədən qaçma
Xəyalların olmaya bilər
Verdiyin bütün nəfəslər çoxdan cənnətdədir
Mənim xəyalım yoxdur
Xəyal qurmaq bəzən qorxuludur
Sadəcə belə yaşamaq
Sadəcə həyatda qalmaq mənim üçün kiçik bir xəyaldır
Xəyal qurmaq, o xəyala sarılmaq
Nəfəs almaq, bəzən bu şeylər çətindir
O onu etdi, bu bunu etdi
Deyir dünya, mənə söyərkən
Bəli
Dünyanın sənə söyməyə haqqı yoxdur
Xəyalların qanunu nədir?
Heç kim bizə öyrətmədi
Çünki bu uydurma bir xəyaldır, ağlayan yuxuda danışma
Kabusdan oyan
Sadəcə özün üçün gülümsə, o cənnətdə
Dayana bilərsən
Artıq haraya getdiyini bilmədən qaçma
Xəyalların olmaya bilər
Verdiyin bütün nəfəslər çoxdan cənnətdədir
Boş yerə qaçmağı burax, dostum
İndi bu axmaq yarışı dayandır
Boş yerə qaçmağı burax, dostum
Verdiyin bütün nəfəslər çoxdan cənnətdədir
Boş yerə qaçmağı burax, dostum
Ehtiyacın yoxdur hamının qurduğu bir xəyala
Boş yerə qaçmağı burax, dostum
Səni sən edən bütün sözlər çoxdan cənnətdədir

Give a shoutout to f.a.








