Olivia Rodrigo

traitor

Olivia Rodrigo
traduzione in Azero Traduzioni 33 traduzioni Traduzioni 33
Aggiungi ai preferiti
Album:
SOUR
Testi originali
Inglese
Traduzione
Azero

traitor

xəyanətkar

Qəhvəyi günahkar gözlər və kiçik ağ yalanlar
Elədir, bambılılıq edirdim amma sənin o qızla danışdığını
Hətta bəlkə də daha pis şeylər etdiyini mən daim bilirdim
Səni yanımda saxlamaqdan ötrü susdum
 
Və ayrıldığımız saniyə qaçaraq onun yanına getməyin gülməli deyil?
Və sadəcə dost olduğunuzu deməyin gülməli deyil?
Şübhəsiz ki, indi heç nə göründüyü kimi deyil
 
Mənə xəyanət etdin
Və xətrimə dəydiyin üçün heç vaxt pərt olmayacağını bilirəm
Biz birlikdə ikən onunla danışırdın
Ən pis tərəflərinlə belə səni sevdim
Ancaq bunun sənin üçün heç bir əhəmiyyəti olmadı
 
Ayrıldığımızdan sonra onunla görüşə getməyin sadəcə iki həftəni çəkdi
Məni aldatmadığını güman edirəm
Amma sən hələ də xəyanətkarsan
 
İndi sadəcə məni susdurmaqdan ötrü onu getdiyin yerlərə aparırsan
Onu sanki təzə qənimətinmiş kimi vüqarla göstərirsən
Və ciddi olsaydın, mən bunu bilərdim
Zəhrimara qalsın, bir kəsə bu qədər tez aşiq olmağın mümkünsüzdür
 
Cavablamaqdan çəkindiyin bütün o suallar, bütün o oynadığın qarışıq oyunların gülməli deyil?
Xatırlayırsan, sənə ondan bəhs etdiyimdə çərənlədiyimi demişdin, gülməli deyil?
 
Mənə xəyanət etdin
Və xətrimə dəydiyin üçün heç vaxt pərt olmayacağını bilirəm
Biz birlikdə ikən onunla danışırdın
Ən pis tərəflərinlə belə səni sevdim
Ancaq bunun sənin üçün heç bir əhəmiyyəti olmadı
 
Ayrıldığımızdan sonra onunla görüşə getməyin sadəcə iki həftəni çəkdi
Məni aldatmadığını güman edirəm
Amma sən hələ də xəyanətkarsan
 
Kaş, bunu yaxşıca fikirləşsəydin
Səni sevməmişdən əvvəl
O qız, bizim birgə hazırladığımız çarpayıda yatar ikən
Qətiyyən mənə xəyanət etdiyini unutmağa cəhd göstərmə
 
Çünki xətrimə dəydiyin üçün heç vaxt pərt olmayacağını bilirəm
Biz birlikdə ikən onunla danışırdın
Sən mənə söz vermişdin
Ancaq bunun sənin üçün heç bir əhəmiyyəti olmadı
 
Ayrıldığımızdan sonra onunla görüşə getməyin sadəcə iki həftəni çəkdi
Məni aldatmadığını güman edirəm
Amma sən hələ də
 
Sən hələ də xəyanətkarsan
Elədir, sən hələ də xəyanətkarsan
 
Kaş, bunu yaxşıca fikirləşsəydin
Səni sevməmişdən əvvəl
 
expand collapse Translation details
A CAT LİSTENİNG TO MUSİC A CAT LİSTENİNG TO MUSİC
submitted on 19 Set 2021 - 17:59
Give a shoutout to A CAT LİSTENİNG TO MUSİC
Commenti dell’autore:

Oliviya Rodriqo'nun "xəyanətkar" mahnısı

Xoş oxumalar ;)

Riproduci il video con i sottotitoli