Rauf & Faik

Апрель

Rauf & Faik
traduzione in Azero Traduzioni 4 traduzioni Traduzioni 4
Aggiungi ai preferiti
Album:
Я люблю тебя (2018)
Testi originali
Russo
Traduzione
Azero

Апрель

Aprel

Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Mənim evim və içindəki sevgi, istilik
Dəli oluram
 
Hava getdikcə isinir
Göy üzü səssizdi, onun sözlərə ehtiyacı yoxdu
Mahnılar çoxdu, amma hamısı bəhanədi
Sayılı dəqiqələr qalıb və son söhbətimiz yekunlaşacaq
O qucaqlaşmaları unuda bilməzsən, xəyalın aperitif1 kimidi
Nə qədər tükənmiş olsam da
Sənlə görüşmək hər şeydən daha vacibdi
Uzaqlaş, düşüncələrimi dolabımda gizlədəcəm
Yeni gün başlamaq üzrədi, amma dünən kimi deyil, daha soyuqdu
Bir neçə günə o gedəcək
Havadaki istiliklə birlikdə
İnsanlar arasında olmağı heç sevmirəm
Amma səndən ayrılmaq daha çətindi
Burda ləkələnmişəm, Kobeyn kimi
Gedirsən, geridə xatirələr buraxaraq
Qladiolus2 saçlarını sığallayır
Arxanca qaçacam
Uçuş zolağına qədər
Sənlə biz eyni saatın fərqli əqrəbləriyik
Və mexanizmimiz tamamilə təmizlənib
Həmişəki kimi, bu əqrəblər harasa qaçır
 
Ancaq gec-tez eyni yerdə dayanacaqlar
 
Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Mənim evim və içindəki sevgi, istilik
Dəli oluram
 
Səni necə tanıyım, necə tanıya bilərəm?
Xanım, indi tək qalmısan, tək tənha
Sabahımız xeyir, sən büroda yoxa çıxdın
Həyatından çıxmışam və gedəcək yerim yoxdu
Sabahımız xeyir, sən büroda yoxa çıxdın
Həyatından çıxmışam və gedəcək yerim yoxdu
 
Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Aprel hara getdi? O yox oldu
Sayılı həftələr qalıb, mən dəli oluram, qaçıram
Bütün yay görüşdüyümüz yerlərə, gün doğumu və gün batımına
Mən yenə getdim və o yenə yoxa çıxdı
Mənim evim və içindəki sevgi, istilik
Dəli oluram
 
  • 1. iştah artırmaq üçün spirtli içkidir
  • 2. bitki cinsi
expand collapse Translation details

Unless otherwise specified, all translations belong to me. Please notify me if you notice any errors in the translation. Thanks ♡

forelsket forelsket
submitted on 1 Maggio 2021 - 19:20
Give a shoutout to forelsket

Modi di dire da “Апрель”