Düşdüm

Səidə Sultan
Favorilere ekle
Arrow down
Arrow down

Düşdüm

Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,

Bəxtim ki çönüb, şənim də sönüb, bəynim düşünüb
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
 
Səhranı gəzən yerdə, batağlıqlara batdım
Tədbiri yazan, sübhidi azan, haqq yoldan azan
Dəryanı üzən vaxtda, burulğanlara düşdüm
 
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
 
Zənnimcə, cəhənnəm odu etməz mənə təsir,
Hər şamı səhər, çekdin nə qədər, qəm qüssə kədər
Ondan da betər atəşi-hicranlara düşdüm.
 
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
 
İslanmışa çox gəlmə hədə-qorxu yağışla,
Vardır bu misal, düşdün nəcə dar, verdinsə sual
Məndən xəbər al, gör necə leysanlara düşdüm.
 
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
 
Bir dəfə verilmiş ömrü xoş yaşamaqçün
Çox çəkdi başım, az qaldı çaşım, ağırdı daşım
Yaş oldu işim, çox quru böhtanlara düşdüm
 
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
 
Aydın bu ümidlə yaşayıb yazdı yaratdı
Üz qurmuşam üz, od sönsədə köz, yar hep sənin öz
Ölsəmdə belə söz xətrinə dastanlara düşdüm
 
Haqq yoldan azıb nabələd ünvanlara düşdüm,
Məcnuna dönüb, çöllü-biyabanlara düşdüm.
 
expand collapse Song details
baris17 baris17
submitted on 9 Ağu 2024 - 20:42
Give a shoutout to baris17

Çeviriler